Binəqədi qəsəbəsində şəhidlərin xatirəsinə salınmış parkda genişmiqyaslı abadlıq işləri aparılıb – FOTO

0
9096
Binəqədi rayonunun Binəqədi qəsəbəsində 1941–1945-ci illər Böyük Vətən müharibəsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə salınmış parkda genişmiqyaslı təmir-bərpa və abadlıq işləri həyata keçirilib.
Bineqedi.com xəbər verir ki, aparılan işlər çərçivəsində parkın təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə 24 ədəd müşahidə kamerası quraşdırılıb. Parkın hasarı təmir edilərək rənglənib, zədələnmiş skamyalar, gül qabları və uşaq sürüşkəni bərpa olunub. Eyni zamanda, işıq dirəkləri yenilənib, park ərazisindəki tikililərin zədələnmiş divarları təmir edilib, qapıları yeni dəmir qapılarla əvəzlənib.
Bununla yanaşı, yaşıllıq sahələrinin qorunması və artırılması istiqamətində qurumuş kollar yeniləri ilə əvəz olunub, ərazidə müvafiq xəbərdaredici lövhələr quraşdırılıb.
Həyata keçirilən tədbirlər parkın müasir tələblərə uyğun saxlanılmasına, sakinlərin rahat istirahətinin və təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Bir abidə və mətn şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Bir abidə şəkili ola bilər
Bir ot və küçə şəkili ola bilər
Bir ot və küçə şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Bir ot şəkili ola bilər
Əvvəlki məqaləPrezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı – Xəbərdarlıq