Distant, onlayn və hibrid təhsil alan şəxslərin hərbi xidmətə çağırılması ilə bağlı dəyişiklik nəzərdə tutulmur.
Bineqedi.com trend-ə istinadən xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Azər Məmmədov vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, qanunvericiliyə əsasən, təhsilə görə hərbi xidmətə çağırışdan möhlət yalnız əyani təhsil alan tələbələrə verilir. Qiyabi, distant, onlayn və hibrid təhsil alanlar üçün isə belə möhlət nəzərdə tutulmur.
“Bu şəxslər hərbi xidmətə çağırış yaşına çatdıqda təhsillərini müvəqqəti donduraraq hərbi xidmətə gedib, xidməti başa vurduqdan sonra isə təhsillərini davam etdirə bilərlər”, – deyə Azər Məmmədov qeyd edib.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə, təhsilə görə hərbi xidmətə çağırışdan möhlət hüququ əyani təhsil alan şəxslərə şamil olunur.
***
Hərbçilərin yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur.
Bununla bağlı “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik təklif edilir.
Layihəyə əsasən, hərbi qulluqçunun yeni xidmət yerinə köçməsi nəticəsində həyat yoldaşının həmin ərazidə işlə təmin olunması mümkün olmadıqda, ona minimum aylıq əməkhaqqı məbləğində pul müavinəti ödənilməsi təklif olunur.











