Məleykə Abbaszadə BDU-nun rektoru oldu

0
9878

Məleykə Mehdi qızı Abbaszadə​ Azərbaycan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Bineqedi.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamına əsasən, o, Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, Məleykə Abbaszadə 2000–2016-cı illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, 2016–2024-cü illərdə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri, 2024-2026-cı illərdə isə DİM-in İdarə Heyətinin sədri vəzifələrini icra edib.

Əvvəlki məqalə“Dəniz sahilində obyekt açmaq istəyənlər üçün qaydalar müəyyənləşdiriləcək”
Növbəti məqalədəMinimum saatlıq əməkhaqqı sisteminin tətbiqi hansı üstünlükləri verəcək?