Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Cəlal küçəsi 103 saylı ünvanda zirzəminin və girişlərin dezinfeksiya olunması, A.Məmmədov küçəsi 56 saylı ünvanda mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, M.Cəlal küçəsi 3 saylı ünvanda zirzəmiyə dolmuş suyun çəkilməsi, Həmzə Babaşov küçəsi 15 saylı ünvandan və Zeytun bağı ərazisindən sahibsiz küçə heyvanlarının toplanması, H. Babaşov küçəsi 9, 6 və 8 saylı ünvanlarda ağacların budanması, S. Məmmədova küçəsi 207 saylı ünvanda mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, S. Məmmədova küçəsi 203b saylı ünvanda zirzəmidən çirkab suyun çəkilməsi və zirzəminin, girişlərin dezinfeksiya olunması, İ.Həşimov küçəsi 6a saylı ünvanda zirzəmidən çirkab suyun çəkilməsi və ağacların budanması, Fərman Məlikov küçəsi 2v saylı ünvanda söhbətgahın quraşdırılması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.



















