Avtomobillərdən oğurladığı pulla özünə “iPhone 18” alan şəxsi polis saxladı

0
9092

Avtomobillərdən oğurladığı pulla özünə “iPhone 18” alan şəxsi polis saxlayıb.

Bineqedi.com  oxu.az-a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda gecə saatlarında bir neçə avtomobilin şüşəsi sındırılıb. Avtomobillərdən ümumilikdə 2 min manata yaxın nağd pul və 400 manat dəyərində maqnitofon oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə oğurluqları törədən N.Teymurov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, N.Teymurov oğurladığı pulla ilkin ödəniş edərək özünə “iPhone 18” markalı mobil telefon alıb.

Araşdırmalar davam etdirilir.

Əvvəlki məqaləAzərbaycanda yeni Mərkəz yaradılır – Fərman
Növbəti məqalədəElxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO