Bakı şəhəri Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə ölkə başçısı İlham Əliyev tərəfindən ayrılmış maliyyə vasaitinə uyğun olaraq Binəqədi rayonunda avtomobil yollarının və məhəllədaxili yolların təmirinə başlanılıb.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi qəsəbə ərazisinin C.Cabbarlı küçəsində də asfalt örtüyündə yenidən qurma və əsaslı təmir işlərinə başlanılıb.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının I müavini İlqar Süleymanov, qəsəbə icra nümayəndəsi Zakir Əliyev və Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva sözügedən ünvanda olub, işin gedişatını yaxından izləyiblər.