Binəqədidə abituriyentlərlə görüş keçirilib – Fotolar

0
54

Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə institutun abituriyentlərlə növbəti görüşü Binəqədi rayonunda keçirilib. 

Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev çıxışında milli-mənəvi dəyərləri qoruyub saxlamağın hər bir vətəndaşın, xüsusilə də gənclərin üzərinə düşən vəzifə olduğunu vurğulayıb: “Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir”.
abituriyentlerle-gorus
Aİİ-nin rektoru Ceyhun Məmmədov qeyd edib ki, bu istiqamətdə atılan addımlar Azərbaycan xalqının gələcəyinə xidmət göstərəcək səviyyədə uğurla davam etdirilir. C.Məmmədov tədbir iştirakçılarına Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti haqqında geniş məruzə edib. O, İnstitutun yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələri barədə məlumat verib. Tələbə-müəllim münasibətlərindən bəhs edən rektor gənclərin hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün ali təhsil müəssisəsində lazımi şərait yaradıldığını nəzərə çatdırıb.
Aİİ İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tədris olunan fənlər, ixtisaslar haqqında məlumat verib. İnstituta qəbul olunacaq abituriyentlərin bütün dinlər haqqında dərin biliklərə sahib olacaqlarını bildirib. Qeyd edib ki, ali təhsil müəssisəsində dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahəsində dərin biliyə malik alimlər tərəfindən aparılır.
abituriyentlerle-gorus1
Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. F.Yusifova tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini bildirib.
Görüşün sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.
Əvvəlki məqaləBinəqədidə fotoqraf yıxılaraq xəsarət alıb
Növbəti məqalədəBinəqədidə könüllülərin növbəti seçim mərhələsi keçirildi – Foto