Binəqədi kəndi haqqında ilkin məlumatlara orta əsr ərəb mənbələrində rast gəlinir – Tarix

0
46299

Binəqədi kəndi haqqında ilkin məlumatlara orta əsr ərəb mənbələrində rast gəlirik. Belə ki, ərəb tarixçisi və səyyahı Qəzvini qeyd edir ki, Abşeronda 2 kənd mövcuddur ki, bu kəndlərin torpağından alov çıxır.

Onlardan biri Binəqədi, digəri isə Suraxanı kəndidir. Fars mənbələrində də Binəqədi kəndi haqqında məlumatlara rast gəlinir və o, “Bineyi-Qazi” kimi təqdim olunur.
Başqa bir ərəb tarixçisi Qərməti isə yazırdı ki, XI əsrdə Binəqədi kəndinin torpağından yüksək keyfiyyətli neft, göllərindən isə duz çıxarılır.
Binəqədi kəndi haqqında məlumatlar Çar Rusiyası dövrünə aid sənədlərdə də öz əksini tapır.

I Pyotrun Qafqaza səfəri ərəfəsində Bakıda olmuş rus səyyahı burada 34 kəndin adını çəkir ki, onlardan da biri Binəqədi idi.
XVI-XVII əsrlərdən başlayaq avropalıların da Binəqədiyə aid verdiyi məlumatlara rast gəlirik. “Köhnə dünya”nı Binəqədi kəndi və onun nefti ilə ilk dəfə alman səyyahı, həkim və təbiətşünası Egelbert Kempfer tanış edib.

O, İsveç səfirinin katibi kimi 1683-cü ildə Abşeronda olub, Balaxanı, Binəqədi və Suraxanı neft mədənlərini gəzib, bu kəndlərdən çıxarılan neftin Orta Asiyaya, İrana və Rusiyaya aparılması barədə məlumat verib.

Məhz bu məlumatlar illər sonra Nobel qardaşlarının Binəqədidə neft kontoru, Montaşevin isə əl mühərrikləri istehsal edən zavod tikdirməsinə rəvac verib.
Qeyd edək ki, Montaşevin tikdirdiyi zavod binasının qalıqları bu gün də Binəqədi qəsəbəsi ərazisində qalmaqdadır.

Əvvəlki məqaləBinəqədi Gənclər Evində yoqa dərslərinə başlanılıb – İstəyənlər qoşula bilər
Növbəti məqalədəAzərbaycanda bağça, məktəb və universitetlər bağlandı – Rəsmi açıqlama