YAP Binəqədi rayon təşkilatı nümunəvi aksiyasını davam etdirir – Fotolar

0
48

Azərbaycan Prezident cənab İlham Əliyevin koronavirus pandemiyasına qarşı həyata keçirdiyi müdafiə tədbirləri və əhalinin sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi istiqamətindəki islahatlarına dəstək məqsədilə Yeni Azərbaycan Partiyasının başlatdığı “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyasını partiyanın Binəqədi rayon təşkilatı davam etdirir.
Bineqedi.info saytı xəbər verir ki, aksiya çərçivəsində təşkilatın gəncləri və könüllüləri Binəqədi rayonunda yaşayan tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkiblər. Onların koronavirusdan qorunması, sağlamlığının müdafiəsi məqsədilə çoxsaylı gigiyenik vasitələr çatdırıblar, xəstəlikdən qorunma üsullarını ətraflı izah ediblər.
Həmçinin gənclər və könüllülər karantinlə əlaqədar maarifləndirici materiallar da dərc edərək ayrı-ayrı evlərə, şəxslərə paylayıblar.
Qeyd edək ki, rayon təşkilatı gənclər birliyinin bu aksiyası martın 29-dək davam etdiriləcək.

Bineqedi.info

saglamliq-hemreylik1

Əvvəlki məqaləBinəqədidə iki il əvvəl oğurluq edən qadın tutuldu
Növbəti məqalədəBinəqədidə parklarda atraksionlar dezinfeksiya olunur