Azay Quliyev seçicilərlə videogörüş keçirib

0
48

Deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib.

Bineqedi.info-ya verilən məlumata görə, videogörüşdə iştirak edən seçicilər məhəllələrarası yolların təmiri, pensiya təminatı, binaların həyətlərinin abadlaşdırılması, kommunal, əlillik statusunun verilməsi və məşğulluq məsələsi ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Qaldırılan problemlərin bir qismi yerində həll edilib.

Mərkəzi və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələləri isə aidiyyəti qurumların videogörüşdə iştirak edən nümayəndələri qeydə alıb və onların araşdırılaraq həll ediləcəyini bildiriblər. Deputat görüşdə qaldırılan məsələlərin həlli məsələsini nəzarətdə saxlayacağını deyib.
Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatının Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Arzuman Hüseynov, 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin direktoru Sənan Məmmədzadə və Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Vəli Əliyev iştirak edib.
Bineqedi.info
Əvvəlki məqaləAgentlik sürücülərə müraciət etdi: “Alternativ yollardan istifadə edin”
Növbəti məqalədəRamiz Göyüşov: “Siyasi partiyaların həmrəylik bəyanatı siyasi mədəniyyət nümunəsidir”