Binəqədi sakinlərindən Prezidentə dəstək məktubları: “Azərbaycan xalqı Sizinlədir”

0
59
prezident-mehriban-xanim

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyiqələbələr xalqımız tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Bineqedi.info xəbər verir ki, Binəqədi sakinləri də bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.

Bineqedi.info həmin məktublardan bəzilərini təqdim edir.

Hörmətli cənab Prezident.

Erməni faşistlərinə layiqli cavab verərək bizə yaşatdığınız möhtəşəm hisslərə görə Sizə təşəkkür edirəm. Siz Qələbə sevincini Azərbaycan xalqına yaşatdınız. Artıq susma vaxtı deyil, döyüş zamanı yetişib.

Cənab Ali Baş Komandan, bir azərbaycanlı kimi bütün qərarlarınızı dəstəkləyir, son damla qanımıza qədər vuruşmağa hazır olduğumu bildirirəm. Azərbaycan xalqı Sizinlədir. Qələbə bizim olacaq. Qarabağ Azərbaycandır!

Hörmətlə,

Leyla Əliyeva

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

prezident-mehriban-xanim1

Möhtərəm cənab Prezident.

Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız mübarizəyə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizin komandanlığınızla gedən döyüşlərdə Azərbaycanın Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri düşməndən azad edilibdir. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülübdür.

Əminliklə deyə bilərəm ki, apardığımız müharibə haqq, ədalət müharibəsidir. Tezliklə də torpaqlarımız erməni işğalçılarından azad ediləcəkdir.

Cənab Prezident, mən də bir vətəndaş kimi doğma Azərbaycanımın ərazi bütövlüyü uğrunda Vətənimin keşiyində durmağa, bu yolda hər an canımdan keçməyə hazıram.

Cənab Ali Baş Komandan, hər zaman Sizinləyik. Sizə və Ordumuza bu şərəfli yolda qələbə və uğurlar arzulayıram. Xalqımız Sizə və Ordumuza güvənir.

Yaşasın Azərbaycan Ordusu, yaşasın şanlı Azərbaycan! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Tural Əliyev

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Hörmətli cənab Prezident.

Göstərdiyiniz qətiyyətə, xalq üçün etdiyiniz hər şeyə görə Sizə dərin minnətdarlığımı və sevgimi bildirirəm.

Rəhbərlik etdiyiniz bir ölkədə yaşamağımdan qürur duyuram. Hamımız yaxşı bilirik ki, indi Sizin üçün qayğılı vaxtdır, amma böyükdən-kiçiyə bütün insanların Sizinlə olduğunu bilmənizi istəyirik.

Torpaqlarımızı qaytarmağı 30 il gözlədik və indi şərəfli bir yoldayıq. Xalq mübarizənizdə sonadək Sizinlədir. İnşallah qələbəmizi sona çatdıracağıq. Bütün dualarımız Sizinlə və əsgərlərimizlədir.

Hörmətlə,

Hökumə Ramazanova

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Hörmətli cənab Prezident.

Biz Sizinlə fəxr edirik. Cəbhədə baş verən bu döyüş günlərində Sizə, Ordumuza və xalqımıza qələbə, zəfər arzu edirəm. Artıq biz bunun ilk soraqlarını alırıq. Şanlı və rəşadətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirir, torpaqlarımızı işğaldan azad edir.

Cənab Prezident, Qələbəyə doğru gedən yolda Sizin yanınızdayıq. Allah Sizi qorusun.

Hörmətlə,

Cəlilov Niyaz Şıxəli oğlu

Yusibov Ərəstun Səməd oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Möhtərəm cənab Prezident.

Biz və ailə üzvlərimiz hazırda cəbhə bölgəsində davam edən döyüşlərdə qazandığımız uğurlara görə Sizə təşəkkürümüzü bildiririk.

Siz çox müdrik qərarlarınızla, təmkinli və qətiyyətli mövqeyinizlə bizi qələbədən qələbəyə daşıyırsınız. İnsanların ümidləri doğrulur, arzuları çin olur. Doğma Azərbaycanlımızla öyünür, Sizinlə fəxr edirik.

Cənab Ali Baş Komandan, hər zaman Sizinləyik və qələbə bizimlə olacaqdır.

Allah Sizi və əsgərlərimizi qorusun.

Hörmətlə,

Bəşirova Rahilə

Tahirova Aynur

Əliyev Mürşüd

Əsgərli Seymur

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Hörmətli cənab Prezident.

Bir Azərbaycan gənci kimi, Sizin əmirlərinizi gözləyirəm. Vətən uğrunda mübarizə aparmağa, torpaqlarımızı azad etmək üçün cəbhədə, ön xəttə vuruşmağa hazıram. Sizin rəhbərliyinizlə Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşməyi özümə şərəf bilərəm.

Hörmətlə,

Abadova Şövkət Azad qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

 

Əvvəlki məqaləBinəqədili gənclər cəbhəyə yollanırlar – Foto+VİDEO
Növbəti məqalədəBinəqədidə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb