Binəqədidə “Könüllülük gələcəyin sərmayəsidir!” forumu həyata keçirilib

0
51
Binəqədi rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində 5 dekabr – Beynəlxalq Könüllülük Gününə həsr olunmuş “Könüllülük Gələcəyin Sərmayəsidir!” Forumu həyata keçirib!
Bineqedi.info xəbər verir ki, forumda gənclərlə görüş şəkilində konfrans baş tutub.
Konfransın ilk dəqiqələrində Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimiz dəqiqəlik sükutla yad edilib.
Aktiv könüllümüz, moderator Sara Məlikova ilk növbədə 5 Dekabr – Beynəlxalq Könüllülər Günü ilə bağlı forum iştirakçılarına məlumat verib.
Daha sonra Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayevə söz verilib.
Ələkbər müəllim, çıxışı zamanı gəncləri 5 Dekabr-Beynəlxalq Könüllülər Günü” və “Könüllülər ili” münasibətilə təbrik edib.
Pandemiya və müharibə dövründə könüllü gənclərin aktiv şəkildə, onlayn fəaliyyətlərdə iştirak etdiyi layihələrdən danışıb.
O çıxışı zamanı, Binəqədi Gənclər Evinin hər zaman könüllülərin müvafiq şəkildə istiqamətləndərilməsində, karyera inkişafında önəmli rol oynayaraq, onlara dəstək olduğunu vurğulayıb.
Binəqədi Gənclər Evinin əməkdaşı, bir çox layihənin koordinatoru Hüseyn Qəmbərov Binəqədi Gənclər Evinin “Könüllülər ili” çərçivəsində həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, qeyd edib ki, bu cür layihələr davamlı şəkildə həyata keçirilməyə davam edəcək.
Daha sonra forumda iştirak edən könüllü gənclər öz təəssüratlarını bölüşürək, il ərzində könüllülər üçün həyata keçirilən layihələrdan danışıblar.
Forumun sonunda “Könüllülər ili” çərçivəsində 10 ən aktiv gənc təltif olunub!
Konfransda 70-ə yaxın Binəqədi Gənclər evinin könüllü gənci iştirak edib!
Bineqedi.info
Əvvəlki məqalə7-ci mikrorayonda eyni ünvanda dövlət qeydiyyatına alınan şirkətlər kimindir?
Növbəti məqalədəBinəqədidə avtomobillər toqquşdu, üç nəfər xəstəxanalıq oldu