Binəqədidə Xocalı soyqırımının ildönümü ilə bağlı ağacəkmə aksiyası keçirilib – Fotolar

0
45

Binəqədi rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev Fondunun dəstəyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Binəqədi İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocəsən qəsəbəsində ölkədə tətbiq olunan karantin rejimi qaydalarına uyğun şəkildə təşkil olunmuş ağacəkmə aksiyası keçirilib. 

Bineqedi.info-ya verilən məlumata görə, keçirilmiş ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri və aparatın şöbə müdirləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının nümayəndələri və YAP Binəqədi Rayon təşkilatının rəhbərliyi iştirak edib.

Binəqədi rayonunda ictimaiyyət nümayəndələri ümumilikdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə xitabən 613 ədəd (Xocalı qurbanlarının sayı) ağac əkib. Əkilən ağacların suvarılması, ağacların hər zaman yaşıl qalması və torpağın münbit olması fasiləsiz təmin ediləcək.

Bineqedi.info



Əvvəlki məqaləAzərbaycan hökuməti gənc kadrlara etimad göstərir…
Növbəti məqalədəİşaxtaran şəxslərin peşə hazırlığı ödənişsiz olacaq – Qərar