Bu gündən “Azəristiliktəchizat” ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandıracaq.
Bineqedi.info saytı xəbər verir ki, qurumun mətbuat rəsmisi Rafiq Əliyev bildirib ki, bəzi dağlıq və dağətəyi regionlarda istiliyin verilməsi mayın 1-nə kimi davam edəcək: “Bu gündən etibarən istilik xətlərinə hidravlik təzyiq verilib yoxlanılmasına başlanılacaq. Bunun əsasında da növbəti payız-qış mövsümünə hazırlıq tədbirləri görüləcək”.
Azərbaycanda hər il istilik mövsümü noyabrın 15-də başlayır, növbəti il aprelin 15-də isə başa çatır. Buna görə də bu gün respublikanın istiliklə təmin edilməsiylə bağlı son gün hesab edilir.
Bineqedi.info