Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Dərnəgül qəsəbəsində, 2000-ci il təvəllüdlü Səfərova Nərgiz Sərkər qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub.report