Binəqədidə “Anım Günü”nə həsr olunmuş futbol turniri keçirilib – FOTO

0
39

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı Binəqədi rayonunun ərazisində yerləşən Azfar MMC-nin stadionunda 27 sentyabr – “Anım Günü”nə həsr olunmuş “Futbol” turniri keçirilmişdir.
Bineqedi.info-ya verilən məlumata görə, “Futbol” turnirinin nəticəsinə əsasən 1-ci yeri “Veqa” komandası , 2-ci yeri “Uğur” komandası, 3-cü yeri “Olimp Baku” komandası tutmuşdur.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev iştirak etmişdir.
“Anım Günü” ilə əlaqədar olaraq 2-ci Qarabağ müharibəsinin başlamasından bir il keçdiyini və şəhidlərimizin əziz xatirəsini yad etmək üçün turnirin keçirildiyi qeyd edildi.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub.
İştirakçılar hərarətləri yoxlanıldıqdan sonra stadiona daxil olublar.

Bineqedi.info

Bineqedi - futbol

Əvvəlki məqaləMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Baş Prokurorluğun yeni inzibati bina kompleksində olublar
Növbəti məqalədəPrezident: “Ermənistanın məğlub olduğunu və Azərbaycanın işğala son qoymasını söyləməkdən qürur duyuram”