Prezident: “Ermənistanın məğlub olduğunu və Azərbaycanın işğala son qoymasını söyləməkdən qürur duyuram”

0
55
prezident-muraciet

“Ötən ilin sentyabrında BMT Baş Assambleyasının sessiyasında çıxış edərək, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və Ermənistan hökumətinin təcavüzkar bəyanatları və hərəkətləri ilə bağlı məsələni qaldırdım. Bu gün, bir il sonra, Ermənistanın döyüş bölgəsində məğlub olduğunu və Azərbaycanın işğala son qoymasını söyləməkdən qürur duyuram”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında yüksəksəviyyəli ümumi müzakirələrdə çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, Ermənistan təxminən 30 il ərzində Azərbaycan ərazisinin demək olar ki, 20 faizini işğal altında saxlayıb. Ermənistan 1992-ci ilin fevralında Xocalıda soyqırım törədərək qadınlar və uşaqlar da daxil olmaqla yüzlərlə dinc sakini öldürüb.

“Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”, – deyə Prezident vurğulayıb.

Əvvəlki məqaləBinəqədidə “Anım Günü”nə həsr olunmuş futbol turniri keçirilib – FOTO
Növbəti məqalədəBinəqədinin qəhrəman oğlu – şəhid Dövlətli İskəndər Vüqar oğlu