Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən 8 Noyabr- “Zəfər Günü”nə həsr olunmuş “Odlar Diyarının Zəfər Bayrağı” adlı tədbir keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə, tədbir əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Vətən torpağı uğrunda canlarından keçərək ən Uca Zirvə- Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilərək açıq elan edilib.
Rəsmi hissədən öncə qonaqlar 44 günlük Vətən müharibəsində baş verən hadisələrin və 1 il ərzində Binəqədi rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin tanıtımına həsr olunmuş “Zəfər yolu” adlı video çarxı izləyiblər.
Şəhid ailələri və qazilərlə xatirə şəkli çəkildikdən sonra qonaqlar və rayon ictimaiyyəti ilə birgə hər kəs açıq havada 8 Noyabr- “Zəfər Günü”nə həsr edilmiş atəşfəşanlığı izləyiblər.
30 ilin nisgilinə son qoyan ZƏFƏR GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN!