Binəqədidə avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb

0
47
bineqedi-piyada-qeza-yol

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bineqedi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 20-si saat 20 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini F.Həsənov vurulub.

Xəstəxanaya yerləşdirilən piyadanın vəziyyəti orta-ağırdır.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Nəbiyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə dəhşətli intihar: Başına corab keçirib özünü boğdu
Növbəti məqalədəErmənistanla sərhədləri müəyyən edən xəritələr… – Video