Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Allahverdiyeva Aytən Şahin qızı yaşadığı evdə dəm qazından zəhərlənib.
Zərərçəkən təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.