“Bizim yollar çiçəklənən Azərbaycanda ən ucqar kənd yolu kimidir”.
Bu barədə şikayətində Binəqədi rayon Rəsulzadə qəsəbəsi, Qasımbəy Hacıbabayev küçəsinin sakini Qasımlı Elman bildirib. O qeyd edib ki, yolların vəziyyətindən təkcə özü yox, bir çox sakin narazıdır.
Mövzu ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib ki, son bir ildə Binəqədi rayonunda abadlıq işləri həyata keçirilir:
“Məlumat üçün bildiririk ki, rayon ərazisində asfalt örtüyünün çəkilməsi Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən deyil, aidiyyəti qurumlar tərəfindən müəyyən edilmiş tədbirlər proqramına uyğun olaraq mərhələli aparılır.
Adıçəkilən ünvan tədbirlər planına salınıb və həmin ərazidə yol örtüyünün salınması nəzərdə tutulub”. Lent.az