Binəqədi rayonunda mağazadan oğurluq edən şəxslər saxlanılıb

0
100
bineqedi-polis-bolmesi

Binəqədi rayonunda mağazadan oğurluq edən şəxslər saxlanılıb.
Bineqedi.info saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, rayon ərazisində mağazadan 500 manat dəyərində qol saatı və üç ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri İ.Bəkirov və A.Abdullayev Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Əvvəlki məqaləPrezident İlham Əliyev Soçi şəhərinə işgüzar səfərə gedib – FOTO
Növbəti məqalədəLaçın – zəngin rayon!