Binəqədidə məcburi köçkünlərin yaşadığı binada yanğın olub

0
124
yangin

Bakının Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli binanın ikinci mərtəbəsinin pilləkən qəfəsində elektrik kabeli 10 p.m yanıb.

Bineqedi.info saytı FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əvvəlki məqaləBinəqədidə yol qəzasında iki yaşlı körpənin ayağı sınıb
Növbəti məqalədəPrezident İlham Əliyev Türkmənistana səfərə gedib – Fotolar