Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1975-ci il təvəllüdlü Əhmədova Sədaqət Qədeşbala qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.