Ümumşəhər iməciliyi çərçivəsində Binəqədidə abadlıq-təmizlik işləri aparılır – FOTOLAR

0
68
bineqedi-dezinfeksiya-abadliq
Ümumşəhər iməciliyi çərçivəsində Binəqədi rayonunda da intensiv və təxirəsalınmaz işlərə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Qəsəbə və Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəlikləri, Bələdiyyələr, rayon ərazisində fəaliyyət göstərən özəl müəssiələr və iaşə obyektləri həmçinin Mənzil-Kommunal Təsərrüfat birliyinin bütün canlı qüvvəsi cəlb edilib.
Bineqedi.info saytına verilən məlumata görə, abadlıq-təmizlik işləri zamanı parklar, məhəllələr arası istirahət sahələrində eləcə də magistral yolların kənarlarında təmizlik işləri aparılırdı. Hərəkətə maneçilik törədən yol kənarında olan irigövdəli ağaclar budanır, dibləri yumşaldılırdı. Həmçinin ərazidə olan bütün ağaclar suvarılırdı. Binaların qarşısında olan istirahət guşələrindəki oturacaqlar təmir edilir, yollardakı çalalar hamarlanır, parklara gül kolları əkilirdi. Bundan əlavə iməcilik zamanı ağacların dibi, yol kənarları quru otlardan təmizlənir, ağacların quru budaqları budanır, gövdəsi ağardılır, əvvəl əkilmiş güllərə, ağaclara və yaşıllıqlara qulluq göstərilirdi.
Eyni zamanda rayon ərazisində yerləşən ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri, küçələrdə səkilər, işıq dirəkləri yuyulur, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılır, bir sıra yerlərdə hasarlar rənglənir, məişət tullantıları konteynerləri təmir-bərpa edilirdi. Bununla yanaşı dezinfeksiya işləri aparılırdi.
Keçirilən iməclik və ağacəkmə aksiyaları ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, şəhərimizin daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Bineqedi.info
Bir 8 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 11 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 10 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 15 nəfər və açıq hava şəkili ola bilər
Bir 11 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 8 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Bir 25 nəfər və ot şəkili ola bilər
Bir 11 nəfər və açıq hava şəkili ola bilər
Bir 15 nəfər, ayaqüstə duran insanlar və küçə şəkili ola bilər
Bir 26 nəfər, ayaqüstə duran insanlar və yol şəkili ola bilər
Bir 15 nəfər və içəridə şəkili ola bilər
Əvvəlki məqaləBinəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə yeni rəis təyin olunub
Növbəti məqalədəBinəqədidə iki qardaş döyülüb