Binəqədidə iki qardaş döyülüb

0
154
azadliq-metrosu

Bakıda döyülmə hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1979-cü il təvəllüdlü Cəfərov Soltan Həmid oğlu və qardaşı 1983-cü il təvəllüdlü Cəfərov Bəhruz Həmid oğlu tanıdıqları şəxslər tərəfindən döyülüblər.

Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləÜmumşəhər iməciliyi çərçivəsində Binəqədidə abadlıq-təmizlik işləri aparılır – FOTOLAR
Növbəti məqalədəHelikopter qəzası ilə bağlı rəsmi açıqlama niyə gec verildi? – General izah etdi