Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 15 dekabr 2021-ci il tarixdə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş ədəbi diyarşünaslıq dərnəyinin üzvlərinin iştirakı ilə təşkil olunan “Sazın, sözün sehrində” adlı tədbir keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Səadət Quliyeva, Sahil Hüseynzadə, Mərkəzin direktoru Ziyat Nəbiyev və kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə Mərkəzin mədəni-kütləvi tədbirlər üzrə şöbə müdiri Nuranə Novruzova açaraq qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş “Sazın, sözün sehrində” adlı tədbir barədə ətraflı məlumat verib.
Ardınca dərnək üzvlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş olunub.
Sonda Binəqədi Rayon İcra Hakimiyyəti əməkdaşı İlqar Pənahov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Sahil Hüseynzadə və Mərkəzin direktoru Ziyat Nəbiyev çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.
Bineqedi.info




