Şəhid Ələsgər Elxan oğlu Cavadov 2000-ci il dekabrın 29-da Bakı şəhəri Binəqədi rayonunda dünyaya göz açmışdı. 2007-ci ildə Qorxmaz Baxşıyev adına 179 saylı tam orta məktədə təhsil almışdı. Təhsil ilə bərabər kickboks idman növü ilə də məşğul olmuşdu.
Ələsgər Elxan oğlu Cavadov 2019-cu il aprelin 3-də həqiqi hərbi xidmətə yola salınmış və Gəncə şəhərində N saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurduqdan sonra Cəlilabad rayonunun Xüsusi Təyinatlı taborunda xidmətini davam etdirmişdi. 1 il 3 ay xidmət etdikdən sonra sentyabrın 26-da Vətən müharibəsinə yollanmışdı. Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə boğaz nahiyəsindən aldığı qəlpə yarası ilə Cavadov Ələsgər Elxan oğlu Şəhidlik zirvəsinə ucalmışdır. Ələsgər 2020-ci il noyabr ayının 11-i Binqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Ələsgər Cavadov ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” ilə təltif edilmişdir.