Bakı şəhərinin Binəqədi rayonu ərazisində “QAZel” markalı yük maşını beton maneəyə çırpılıb.
Bineqedi.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan sürücü, 1964-cü il təvəllüdlü Quliyev Nazim Əhliman oğlunun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bineqedi.info