Binəqədi rayonunda əvvəllər məhkum olunmuş şəxsdə silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bineqedi.info saytına verilən məlumata görə, rayon polis idarəsinin 43-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş İ.Həsənovdan “CZ-27” markalı tapança aşkarlanaraq götürülüb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat aparılır.
Bineqedi.info