Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən 2022-ci il üzrə nəzərdə tutulmuş Tədbirlər Planı və qarşıya qoyulan hədəflər müzakirə olunub.
Bineqedi.info saytına verilən məlumata görə, İdarə rəisi Namiq Tarverdiyev 2021-ci ilin II yarımilliyi və ilin yekunları ilə bağlı gənclər və idman sahəsində keçirilmiş tədbirlər zamanı qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirildiyini bildirib.

N. Tarverdiyev bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilib, 2022-ci ildə idarənin yeni vəzifə və hədəflərini, keçiriləcək tədbirlərin əhəmiyyətini vurğulayıb.
Həmçinin 2022-ci il üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən yerli idarələrin qarşısında qoyulan mühüm məqsəd və vəzifələr kollektivin diqqətinə çatdırılıb.
Bineqedi.info