Binəqədidə Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

0
51
Binəqədi rayonunda dahi rumın bəstəkarı, dirijoru və və mahir musiqiçisi Corce Eneskunun adını daşıyan parkda Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, səfirin müavini, diplomatik müşavir İon Naval, diplomatik müşavir Toma-Kristian Daçika, Moldovanın müvəqqəti işlər Vəkili Nikolae Kojuhari və səfirliyin digər əməkdaşları, eləcə də RİH başçısı Aparatının məsul əməkdaşları və rayon ictimaiyyəti iştirak edirdilər.
Ziyarət zamanı görkəmli rumın bəstəkarı Corce Eneskunun abidəsi önünə çiçəklər düzülmüş və xatirəsi ehtiramla yad edilib.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare və səfirin müavini, diplomatik müşavir İon Naval ilə görüşüb.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev iki ölkə arasında dostluq münasibətlərindən danışaraq bu formada olan mədəni tədbirlərin vacibliyini, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığını, xalqlarımızın uzun illərdir dostluq etdiyini, bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşdıqlarını, rayon ərazisində 2006-cı ildə dahi rumın bəstəkarının adına inşa edilən və yenidən təmir-bərpa işləri aparılaraq yalnız rayon sakinlərinin deyil, eyni zamanda respublikamıza gələn qonaqların da istirahəti üçün nəzərdə tutulan bu gözəl parkın səmimi dostluğun, dövlətlərarası mədəniyyətin bariz nümunəsi olduğunu qeyd etdi.
Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare iki ölkə arasında olan dostluq münasibətlərindən bəhs edərək qeyd etdi ki, Azərbaycanda Rumıniya Milli Mədəniyyəti Gününün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Səfir, o cümlədən, yüksək səviyyəli təşkilatçılığa görə Binəqədi Rayon İcra Hakimiyyəti başçısına və kollektivə öz təşəkkürünü bildirdi.
Qeyd edək ki, Mədəniyyət Günü Rumıniyanın xalq şairi Mihai Emineskunun dünyaya gəlməsi ilə eyni gündə keçirilib. Bu tarixin Rumıniyanın Milli Mədəniyyət Günü kimi seçilməsində xüsusi önəmi var. Belə ki, M.Eminesku müasir rumın dilinin inkişafına verdiyi üstün töhfələrə görə Rumıniya mədəniyyətinin “Dan ulduzu” adlandırılaraq əsas simvol hesab olunur.
Corce Enesku – tanınmış bəstəkar, skripkaçı, pianist, dirijor və müəllim olub, Rumıniyanın ən görkəmli musiqiçisidir. Eneskunun əsərlərinin bir çoxu ilhamını rumın xalq musiqilərindən alıb. “Rumıniya Rapsodiyaları” (1901, 1902), “Oedipus” (1936) operası və orkestr üçün suitaları onun ən məşhur bəstələrindəndir. Onun karyerasının şərəfinə, eləcə də Rumıniyaya və dünya musiqisinə verdiyi töhvələrinə görə, Buxarest Avropada ən böyük müsabiqələrdən birinə “Corce Enesku Beynəlxalq Festivalı”na ev sahibliyi edir.
Bineqedi.info
Bir anıt ve açık hava görseli olabilir
Bir 9 kişi, ayakta duran insanlar, çiçek ve açık hava görseli olabilir
Bir 9 kişi, ayakta duran insanlar, çiçek ve açık hava görseli olabilir
Bir 9 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar, anıt ve açık hava görseli olabilir
Bir 8 kişi, ayakta duran insanlar, açık hava ve anıt görseli olabilir
Bir 4 kişi, ayakta duran insanlar, anıt ve açık hava görseli olabilir
Bir 2 kişi, ayakta duran insanlar, anıt ve açık hava görseli olabilir
Bir 13 kişi, ayakta duran insanlar, ağaç ve açık hava görseli olabilir
Bir 2 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 6 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 3 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 2 kişi, oturan insanlar ve iç mekan görseli olabilir
Bir 3 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 3 kişi, ayakta duran insanlar ve takım elbise görseli olabilir
Əvvəlki məqaləBinəqədi rayon Gənclər və İdman İdarəsində qarşıya qoyulmuş hədəflər müzakirə olunub
Növbəti məqalədəDövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşı artırıldı – CƏDVƏL