Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi töhmət almayıb – Nazirlik təkzib etdi

0
561
yeddinci-polis-bolmesi-bineqedi

Daxili İşlər Nazirliyi (DİN) deputat Aqil Abbasın oğlunun töhmət alması ilə bağlı yayılan məlumatı təkzib edib.

Bineqedi.info xöbər verir ki, Nazirliyin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasovun işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddialar əsassızdır:

“Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb.

Polis əməkdaşları barəsində hər hansı məlumatı yayarkən dəqiqləşdirmə aparılmasını tövsiyə edirik”, – E.Hacıyev deyib.

Əvvəlki məqaləDövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşı artırıldı – CƏDVƏL
Növbəti məqalədəBinəqədidə iki avtobus toqquşub – Xəsarət alan var