Binəqədidə 24 yaşlı gənci və 66 yaşlı qadını maşın vurdu

0
51

Bakıda 24 yaşlı gənci avtomobil vurub.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü Tağıyev Emil Z. oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Binəqədi rayonunda baş verən digər bir qəzada isə 66 yaşlı qadını avtomobil vurub.

Belə ki, 1956-cı il təvəllüdlü Əliyeva Sədaqət Mövsüm qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bineqedi.info

Əvvəlki məqaləSHXÇX-nin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış matrosun intiharı ilə bağlı cinayət işi açıldı
Növbəti məqalədəAzərbaycanda koronavirus xəstələrinin karantin müddəti 7 gün olacaq – Rəsmi