Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 248 №-li tam orta məktəbdə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş voleybol (qızlar) turniri keçirilib.
Bineqedi.info xəbər verir ki, 2 fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar olaraq İdarənin baş məsləhətçisi Elvin Quliyev ilk növbədə gəncləri salamlayıb və hərbirini təbrik edib. Tədbirin mahiyyəti ilə bağlı olaraq gənclərin asudə vaxtlarının səmərəli istifadə edilməsi məqsədilə və idman ilə məşğul olmağa təşviq etmek məqsədilə keçirildiyi qeyd olunub.
Voleybol (qızlar) turnirinin nəticəsinə əsasən, 1-ci yeri 248 №-li tam orta məktəbin komandası , 2-ci yeri 267 №-li tam orta məktəbin komandası, 3-cü yeri 244 №-li tam orta məktəbin komandası tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev iştirak edib.
Bineqedi.info












