Binəqədidə avtomobil qaçıran şəxs tutulub

0
131
yol polisi

Bakıda piyadanın xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Biləcəri qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən paytaxt sakinləri N.Urşanova və S.Süleymanova vurulub. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Qafarov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. report

Əvvəlki məqaləPrezident təqaüdçüsü olan Binəqədili gəncin məqaləsi: “Gənclər siyasəti daim dövlətin prioritetləri sırasında olub”
Növbəti məqalədəBinəqədidə zavodda fəhlə yıxılaraq ölüb, cinayət işi açılıb