Binəqədidə DİN-in bir neçə idarəsinin yerləşəcəyi inzibati bina istifadəyə verilib

0
154
bineqedi-din-seferberlik-statistik-informasiya-daxili-tehqiqat-mulki-mudafie

Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya, Daxili Təhqiqatlar, Səfərbərlik İşləri və Mülki Müdafiə idarələrinin yerləşəcəyi inzibati bina yenidənqurma və əsaslı təmirdən sonra istifadəyə verilib.

Bineqedi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən üçmərtəbəli inzibati bina xidməti otaqlardan, Növbətçi Hissə, silah-sursat saxlama yerindən ibarət olmaqla mərkəzləşdirilmiş kondisioner-ventilyasiya, yanğın siqnalizasiyası, videomüşahidə və rabitə kommunikasiya sistemləri ilə təmin edilib, bütün otaq və sahələrdə təyinata uyğun olaraq zəruri mebel və inventarlar quraşdırılıb.

Binanın ərazisində abadlıq-yaşıllaşdırma və işıqlandırma işləri icra edilib.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə odlu silah satmaq istəyən şəxs saxlanılıb – VİDEO
Növbəti məqalədəHow to locate a Legitimate All mail Order Woman