Binəqədinin qəhrəman oğlu – Qurbanov Davud Tariyel oğlu

0
125
qurbanov-davud-tariyel-bineqedi-sehid
Qurbanov Davud Tariyel oğlu 15.02.1996-cı ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Bakı şəhər Binəqədi rayon Rizvan Pirnəzərov adına 299 saylı orta məktəbin 1-ci sinifinə daxil olub. 2013-cü ildə həmin məktəbi bitirib və Azərbaycan Dövlət Neft Akademiyasının “İstehsalat Proseslərinin Avtomatlaşdırılması” fakültəsinə daxil olub. 2017-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib və 2017-2019-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistr təhsili alıb. “Space” və “Atv” telekanallarında montajçı vəzifəsində çalışıb.
01.10.2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmış və xidmət etdiyi müddətdə kiçik çavuş, sonradan çavuş rütbəsinə yüksəlib.
27 sentyabr 2020-ci ildən, yəni 2-ci Vətən müharibəsinin ilk günündən Vətənin keşiyində dayanıb və 03.10.2020-ci ildə torpaqların azad olunması uğrunda gedən döyüşlərdə Suqovuşan istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Davud Tariyel oğlu Qurbanov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunması uğrunda” medalları ilə təltif olunub.
Əvvəlki məqaləMüharibə veteranı olduqlarını belə öyrənəcəklər
Növbəti məqalədəAzərbaycan Ordusunun mövqeləri atəşə tutulub – Rəsmi açıqlama