Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub – Rəsmi açıqlama

0
59
Mudafie-nazirliyi

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bineqedi.info saytı Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub.
Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Əvvəlki məqaləBinəqədinin qəhrəman oğlu – Qurbanov Davud Tariyel oğlu
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində YENİ TƏYİNAT