Binəqədi Rayon İcra Hakimiyyətində YENİ TƏYİNAT

0
90
bineqedi-leysan-memmedov
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib. Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 14 fevral 2022-ci il tarixli 22 saylı Sərəncamı ilə Leysan Novruz oğlu Məmmədov Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.
Leysan Novruz oğlu Məmmədov 03.01.1963-cü ildə Tovuz rayonunda anadan olmuşdur. 1970-1980-ci illərdə Tovuz rayonu, Aşağı Quşçu kənd orta məktəbində təhsil alıb. 1988-ci ildə Azərbaycan Politexnik İnstitutunda mühəndis-mexanik ixtisasını, 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit ixtisası üzrə tam yenidənhazırlanma kursunu, 2003-cü ildə Ali Diplomatiya Kollecinin Hüquqşünaslıq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1980-ci ildə Bakı Baş Tikinti İdarəsinin Təmir-Tikinti İdarəsində fəhlə kimi başlayıb, sonradan həmin idarədə mexanik, usta iş icraçısı, rəis kimi fəaliyyətini davam etdirib, 1991-1995-ci illərdə Rayonlararası istehsalat təmir-tikinti trestində rəis, 1995-1996-cı illərdə Bakı Baş Tikinti İdarəsinin “Tikintikonstruksiya” İstehsalat Birliyində baş direktorun tikinti üzrə müavini, 1996-1998-ci illərdə AR Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin Nəzarət Təftiş İdarəsində baş müfəttiş, 1998-2006-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin Mərkəzi Aparatının Nəzarət şöbəsində əmək müfəttişi, baş əmək müfəttişi, baş məsləhətçi vəzifələrində, 2006-2021-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri kimi davam edib.
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adı ilə, 2014-cü ildə isə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir, üç övladı var.
Bineqedi.info
Əvvəlki məqaləAzərbaycan Ordusunun mövqeləri atəşə tutulub – Rəsmi açıqlama
Növbəti məqalədəMüəllimlərin işə qəbulu qaydalarında DƏYİŞİKLİK