Binəqədi rayon məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib – FOTOLAR

0
56
26 Fevral – Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı– bəşəriyyətə qarşı tarixi cinayət” mövzusunda Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və 6 Nömrəli Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirin məqsədi Xocalı Soyqırımının 30-cu ildönümünün yad edilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, Azərbaycan tarixinin təbliği və istedadlı şagirdlərin təsviri sənət üzrə bacarıqlarının inkişaf etdirilməsi olub.
Müsabiqənin mükafatlandırma tədbirində ilk öncə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən rəsmilər müsabiqə iştirakçılarına Xocalı soyqırımı barədə ətraflı məlumat verərək bildirmişlər ki, bu soyqırımı tarixdə misli görünməyən bir qırğındır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum ediblər. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin–qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə məruz qalıblar.
Həmçinin bu gün Xocalı soyqırımı ilə bağlı keçirilən müsabiqənin gənclərin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Sonda qalib gəlmiş iştirakçılar mükafatlandırılıb. Qaliblərə müvafiq dərəcəli diplomlar, digər iştirakçılara fərqlənmə diplomları və təşəkkürnamələr təqdim olunub.
Bineqedi.info
11 kişi ve iç mekan sanatı olabilir
Bir 12 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir1 kişi ve iç mekan sanatı olabilir
Bir 1 kişi ve iç mekan görseli olabilir
Bir 4 kişi ve iç mekan illüstrasyonu olabilir
Bir 2 kişi illüstrasyonu olabilir
Bir 4 kişi illüstrasyonu olabilir
Bir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 5 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 5 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 5 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 4 kişi ve ayakta duran insanlar görseli olabilirBir 13 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Əvvəlki məqaləBinəqədidə parkda baş verən yanğın söndürülüb
Növbəti məqalədəPrezident İlham Əliyev Rusiyaya səfər edəcək