Binəqədi rayonunda fəaliyyət göstərən 138 saylı körpələr evi–uşaq bağçasında Beynəlxalq Ana dili Günü münasibətilə “Dilim varsa, mən də varam” adlı tədbir keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə məktəbəhazırlıq qrup uşaqları, tərbiyəçilər iştirak ediblər.
Məktəbəhazırlıq qrup tərbiyəçiləri Musayeva İradə və Behbudova Zəhranın bədii rəhbərliyi ilə körpələrlə birlikdə “Şuşamda ana dilimdə danışıram” adlı kompozisiya ilə çıxış ediblər.
Bineqedi.info





