Azərbaycanda ilk ödənişli yolun istifadəyə veriləcəyi tarix AÇIQLANDI

0
114

Azərbaycanda inşa edilən ilk ödənişli magistral avtomobil yolunun istifadəyə veriləcəyi vaxt açıqlanıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov avtomobil yolları işçilərinin peşə bayramı günü ilə bağlı tədbirdə çıxışı zamanı məlumat verib.

S.Məmmədovun sözlərinə görə, 152 kilometrlik  Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun  tikintisi davam etdirilir:

“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi, həmçinin M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi 2022-ci ildə yekunlaşdırılması planlaşdırılır”.

Əvvəlki məqaləAntiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı – Sərəncam
Növbəti məqalədəBinəqədidəki körpələr evi–uşaq bağçasında tədbir keçirilib – FOTOLAR