Bükülmüşdü dizləri,
Dünya düşmənə dardı.
Qoyduğun yol bizləri,
Qarabağa apardı.
***
Çıxışında hər zaman,
Dönəcəyik deyərdin.
Tarixi həqiqətlə,
Düşmən belin əyərdin.
***
44 günə düşmənin,
Mənfur belini qırdıq.
Onda da Səni anıb,
“Ulu öndər” hayqırdıq.
***
Qoyduğun yol bizimdi,
Bizlər sahib çıxmışıq.
Qarabağ azad olub,
Xanimanlar qurmuşuq.
***
Biz həmişə fəxr etdik,
Sən Azərbaycanlısan.
Hər zaman anacağıq,
Xalqın dahi oğlusan.
Müəllif: Nicat İsmayılov