Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən uşaqlar üçün hazırlanan “Bizim böyük Qələbəmiz” adlı kitabın Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi Rayonu ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində təqdimatı davam edir.
Bineqedi.info-ya verilən məlumata görə, növbəti təqdimat 276 və Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəblərdə həyata keçirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov kitabların məktəbdə təqdimat mərasimində iştirak edərək bildirmişdir ki, kitab Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dahi rəhbərliyi ilə rəşadətli ordumuzun şücaəti sayəsində qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdən biridir və bu kitabın çap edilməsində əsas məqsəd uşaqlarda doğma vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun və Azərbaycanın tarixi qələbəsini təbliğ etməkdir.
Direktorlar- Bəhram Şiriyev və Xəyyam Fərəcov məktəb kollektivi adından məktəbə təqdim olunan kitablara görə layihənin təşkilatçılarına öz təşəkkürünü bildirdilər.
Ev Manşet