Binəqədidə “Könüllülük Akademiyası 6” layihəsinin açılış mərasimi keçirilib – FOTOLAR

0
105
“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən təşkil olunan “Könüllülük Akademiyası 6” layihəsinin açılış mərasimi keçirilib!
Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı və Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə 3 ay müddətində davam edəcəkdir! Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədr müavini sədr müavini Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və gənclər iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan mərasimdə, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova könüllülüyün gənclərin inkişafındakı mahiyyətini, bu cür layihələrin Binəqədi Gənclər Evi tərəfindən davamlı şəkildə keçirildiyini vurğulayıb.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədr müavini sədr müavini Sevinc Abdullayeva könüllülük hərəkatından, Binəqədi Rayonundakı gənclərin könüllülük fəaliyyətindən, bu fəaliyyətin onların gələcək karyerası üçün vacibliyini qeyd edib.
Daha sonra Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev gənclərə öz məsləhətlərini verib, onlara uğurlar arzulayıb.
Sonda kollektiv xatirə şəkili çəkilib.
Qeyd edək ki, “Könüllülük Akademiyası” layihəsi 2019-cu ildən icra olunur.
Layihədə 3 il müddətində 250-ə yaxın könüllü məzun olub.
Bir 14 kişi, ayakta duran insanlar, ayakkabı ve iç mekan görseli olabilir
Bir 1 kişi ve ayakta görseli olabilir
Bir 1 kişi ve ayakta görseli olabilir
Bir 1 kişi görseli olabilir
Bir 9 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 7 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 10 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 8 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 10 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 12 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Əvvəlki məqaləBinəqədidə “Xocalım, evimizə qayıdırıq!” adlı tədbir keçirilib – FOTOLAR
Növbəti məqalədəİlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşdü – Video