Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 4 saylı Ərazi Məşğulluq filialının təşkilatçılığı ilə “Sosial cəhətdən həssas vətəndaşların məşğulluğunun təmin olunması başlıca hədəflərimizdəndir” mövzusunda görüş keçirilib.
Bineqedi.info xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin Strateji kommunikasiya departamentindən bildirib ki, agentliyin İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon üzrə təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi, Yasamal, Şuşa icra hakimiyyətlərinin rəhbər şəxsləri və işəgötürənlər iştirak edib.
Cəmaləddin Quliyev agentlik tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün həyata keçirilən tədbirlər barədə məlumat verib və bu istiqamətdə işəgötürənlərlə sıx əməkdaşlıq münasibətlərinin qurulmasının əhəmiyyətini qeyd edib.
Görüşdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayan kvota qaydaları barədə məlumat verilib, işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.
Ev Manşet