Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 5 Mart – “Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə elan olunmuş “İdman həftəsi” çərçivəsində 248 №-li tam orta məktəbdə qızlar arasında basketbol turniri keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, turnirin nəticəsinə əsasən 244 №-li tam orta məktəbin komandası 1-ci yer, 248 №-li tam orta məktəbin komandası 2-ci yer, 3 №-li tam orta məktəbin komandası isə 3-cü yeri tutub.
Mükafatlandırma mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov və 248 №-li tam orta məktəbin direktoru Xəyyam Fərəcov iştirak edərək qalibləri müxtəlif dərəcəli diplomlarla təltif ediblər.
Bineqedi.info





