Binəqədili gənclər “Narkomaniyaya yox” deyirlər

0
56

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı və “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə Binəqədi rayonundakı Gənclər evində “Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması” layihəsi çərçivəsində seminar-təlim keçirilib.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, rayon polis idarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Ceyhun Şabanov və digərləri çıxış edərək ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin Prezident İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olduğunu vurğulayıblar.

bineqedi-rayonu-narkomaniyaya-yox1.jpg

Bildirilib ki, Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır.

Çıxışlarda narkomaniya və onun fəsadları ilə bağlı ətraflı məlumat verilib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlər diqqətə çatdırılıb. Həmçinin gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildirilib, yeniyetmə və gənclər “Narkomaniyaya yox!” deməyə çağırılıb.

O, layihəyə verdikləri dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına, İşçi qrupunun rəhbərliyinə, Binəqədi Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.

Əvvəlki məqaləBinəqədidə qızlar arasında üzgüçülük turniri keçirilib – Qalib onlar oldular
Növbəti məqalədəBinəqədidə 3 otaqlı ev yanıb