Binəqədi rayon Gənclər və İdman idarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəmizin növbəti görüşü keçirilib.
Bineqedi.info saytına “Zəngin ədəbi irsimiz” mövzusunda keçirilən görüşün qonağı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Zəhra Bədəlbəyli olub.
İlk öncə layihə rəhbəri və tədbirin moderatoru Fərəh Quliyeva qonaq və layihə haqqında gənclərə məlumat verib.
Olduqca maraqlı keçən görüşdə, Zəhra Bədəlbəyli, “Avrovizion” mahnı müsabiqəsindəki təcrübəsindən, müəllifi olduğu şeirlərin yazılma tarixindən danışıb.
O, koordinatorluq etdiyi “Show me Azerbaijan” layihəsi haqqında gənclərə məlumat verib.
Gənclərə dəyərli məsləhətlərini verən Zəhra xanım, onlara tələbəlik həyatında fəal olmağı, daim mütaliə etməyi, ideyalarını reallaşdırmaq üçün addım atmağı tövsiyə edib.
Həmçinin o, gənclər tərəfindən verilən sualları cavablandırıb.
Bineqedi.info















